İRNA-nın “Polis” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, general-mayor Rəhim Cahanbaxş şənbə günü deyib: “Ölkənin şərqindən yük maşını ilə narkotik yük daşıyan şəxslərin fəaliyyəti ilə bağlı polis əməkdaşlarına məlumat verilməsinin ardınca məsələ xüsusi şəkildə nəzarətə götürülüb.”
O, əlavə edib: “Polis əməkdaşları bir neçə qrup yaradaraq, təqsirləndirilən şəxslərin kimliyini müəyyən etmək üçün ədliyyə orqanı ilə koordinasiya edərək, yetərli məlumat əldə etdikdən sonra Urmiya-Məhabad marşrutu üzrə balqabaq daşıyan yük maşınına baxış zamanı balqabaq yükünün içərisində məharətlə yerləşdirilmiş 45 kiloqram şüşə tipli narkotik vasitə və beş kiloqram tiryək aşkar ediblər.”
Sizin rəyiniz